Ana Sayfa KÜLTÜR SANAT 7 Haziran 2024

Kaliforniyada 28 May – Müstəqillik Günü qeyd olunub

Kaliforniyada 28 May – Müstəqillik Günü qeyd olunub

, 2024

Kaliforniyada 28 May – Müstəqillik Günü qeyd olunub

 

 

 

 

ABŞ-nin Kaliforniya ştatının San Xose şəhərində Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı keçirilib.

Azərbaycan və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə müsəlman şərqində yaradılmış ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı məlumat verilib.

Konsertə quruluş verən Rozi Əliməmmədovanın rəhbərliyi ilə Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin nəzdində yaradılmış “Azərbaycan” rəqs qrupunun istedadlı balaca rəqqaslarının ifasında milli rəqslərimiz – “Ağ çiçəyim”, “Nəlbəki”, “Yallı” nümayiş etdirilib. Anar Ağaoğlunun rəhbərliyi ilə yaradılan nağara ifaçılarından ibarət “Saund ov fayə” (“Sound of Fire”-“Odun səsi”) qrupu müxtəlif musiqi və ritm nömrələri təqdim olunub. Konsertdə Azərbaycandan dəvət edilən xanəndə Almaxanım Əhmədlinin ifasında muğam və xalq mahnılarımız səsləndirilib.

Konsert proqramı Kaliforniya ştatında yaşayan icma üzvləri və yerli qonaqların marağına səbəb olub, onlarda xoş ovqat yaradıb. Konsert proqramının təşkilatçılarına təşəkkür edilib.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kaliforniyada-28-may-musteqillik-gunu-qeyd-olunub-4823

 

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Yorum yapabilmek için giriş yapmalısınız.

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.