Ana Sayfa KÜLTÜR SANAT 25 Nisan 2024

Komitə sədri “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüşdə iştirak edib

Komitə sədri “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüşdə iştirak edib
2024

 

 

 

Komitə sədri “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüşdə iştirak edib
ADA Universitetində Gənclər Fondunun, ADA Universitetinin və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum çərçivəsində xarici ekspertlərin gənclərlə görüşü keçirilib.

Görüşdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov iştirak ediblər.

Tədbiri açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, Bakıda keçiriləcək COP29 sadəcə ekoloji problemlərin müzakirəsi üçün toplaşma olmayacaq. Bu tədbir həm də sözügedən sahədəki məsələlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük qlobal forum olacaq.

Otuz ölkədən 64 ekspertin iştirakı ilə baş tutan interaktiv müzakirədə COP29 tədbirinin Azərbaycanda keçirilməsinin iqlim dəyişikliyinin hədəflənməsində və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin dəstəklənməsində ölkənin fəal rolunun göstəricisi olduğu vurğulanıb. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və Paris Sazişinin iştirakçısı olması onun iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir.

Görüşün davamında gənc iştirakçılar iqlim məsələlərinə ümumi münasibəti, bu istiqamətdə təşəbbüsləri, mövcud geosiyasi vəziyyətin və yeni nəsil innovasiyaların ətraf mühit ilə bağlı trendlərin inkişaf dinamikasına olan təsiri ilə bağlı fikirlərini beynəlxalq ekspertlərlə bölüşərək, ekspertlərə öz suallarını ünvanlayıblar.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/komite-sedri-cop29-ve-azerbaycan-ucun-yasil-baxis-forumu-cercivesinde-genclerle-gorusde-istirak-edib-4576

 

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Yorum yapabilmek için giriş yapmalısınız.

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.