Ana Sayfa KÜLTÜR SANAT 15 Ağustos 2023

Diaspor gənclərinin azərbaycanlı jurnalistlərlə maraqlı debatı təşkil olunub

 

 

 

 

Diaspor gənclərinin azərbaycanlı jurnalistlərlə maraqlı debatı təşkil olunub

2023

 

 

 

 

 

Diaspor gənclərinin azərbaycanlı jurnalistlərlə maraqlı debatı təşkil olunub

 

 

 

 

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində təşkil edilən növbəti panel media mövzusuna həsr olunub.

 

 

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə aparılan paneldə Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo.az” saytının rəhbəri Elbruz Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, Mətbuat Şurasının üzvü Elşad Eyvazlı və “Global Media Group”un media direktoru Həmid Həmidov iştirak ediblər.

 

 

 

 

 

Panelistlərlə debat zamanı diaspor gənclərinin fəaliyyət istiqamətləri, xarici ölkələrdəki platformalara çıxış imkanları, Azərbaycanla bağlı həqiqətlərin çatdırılması, diaspor gənclərinin missiyası və sair mövzular ətrafında fikir mübadiləsi aparılıb. Fikir müxtəlifliyi ilə müşayiət olunan qızğın diskussiyanın gedişində “diaspor gənci xaricdə necə fəaliyyət göstərməlidir, Azərbaycana hansı faydaları verməlidir, yaşadığı ölkəyə necə inteqrasiya olunmalıdır, dilimizi, milli kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi necə qoruyub saxlamalıdır” və başqa suallara aydınlıq gətirilib.

 

 

 

 

 

Bu debat İctimai TV ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramında yayımlanacaq.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-genclerinin-azerbaycanli-jurnalistlerle-maraqli-debati-teskil-olunub-3331

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.