Ana Sayfa KÜLTÜR SANAT 11 Kasım 2023

Ottava şəhərindəki “Qarabağ” məktəbində Zəfər Günündən bəhs edilib

 

 

 

 

Ottava şəhərindəki “Qarabağ” məktəbində Zəfər Günündən bəhs edilib

, 2023

Ottava şəhərindəki “Qarabağ” məktəbində Zəfər Günündən bəhs edilib

 

 

 

 

Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

 

 

 

Məktəbin baş təlimatçısı və müəllimi Vüsalə Əhmədova şagirdləri və valideynləri Azərbaycanın müasir tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə təbrik edib, 3 il öncə noyabrın 8-də Qarabağın tacı olan Şuşanın erməni işğalından azad edildiyini xatırladıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Qarabağı erməni işğalçılarından tamamilə azad etdiyi, Azərbaycanın Dövlət Bayrağının Qarabağın hər kəndində və şəhərində ucaldıldığı, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu diqqətə çatdırılıb. “Şəhidlərimizin və qazilərimizin qanı bahasına əldə edilən bu torpaqlar gənc nəslə əmanətdir”, – deyə Vüsalə Əhmədova vurğulayıb.

Tədbir zamanı məktəb şagirdlərinin ifasında Azərbaycana həsr olunmuş şeir və mahnılar səsləndirilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/ottava-seherindeki-qarabag-mektebinde-zefer-gununden-behs-edilib-3788

 

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.