Ana Sayfa DÜNYA 30 Mart 2024

Yaponiyanın Tanabe şəhərində Novruz bayramı qeyd edilib

Yaponiyanın Tanabe şəhərində Novruz bayramı qeyd edilib

2024

 

 

 

 

Yaponiyanın Tanabe şəhərində Novruz bayramı qeyd edilib

Yaponiyanın Tanabe şəhərində həmyerlimiz Minarə Şükürovanın təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub.

Milli adət-ənənələrimizi tanıtmaq məqsədilə təşkil olunmuş tədbirdə Yaponiyadan və digər ölkələrdən olan nümayəndələr iştirak edib.

Minayə Şükürova Azərbaycan mətbəxinə aid müxtəlif təamlar, milli şirniyyatlar və Novruz bayramının əsas atributları haqqında qonaqlara ətraflı məlumat verib, eyni zamanda Azərbaycanın milli yeməyi olan plovun hazırlanması təlimi keçib. Bu təşəbbüs qonaqların böyük marağına səbəb olub. O özünün 3 dildə (yapon, rus və ingilis) hazırladığı və Novruz bayramının əsas atributları- Kosa, Keçəl, Bahar qızı, səməni, tonqal, milli şirniyyatların, eyni zamanda Xəzər dənizi, Qız Qalası, Atəşgah məbədi və Şirvanşahlar Sarayının fotolarının yer aldığı broşürləri qonaqlara hədiyyə edib.

Minarə Şükürova bundan öncə də Tanabe şəhər bələdiyyəsində Novruz tədbiri təşkil edərək orada çalışanlara bu bayramın adət-ənələrindən danışıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/yaponiyanin-tanabe-seherinde-novruz-bayrami-qeyd-edilib-4465

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.