Ana Sayfa GÜNDEM 14 Mayıs 2024

Rustavidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Rustavidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

2024

 

 

 

 

Rustavidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Gürcüstanın Rustavi şəhərində yerləşən Təhsil və Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirin əvvəlində Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Mərkəzin rəhbəri Raidə Dərziyeva Ulu Öndərin həyat və fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib.

Daha sonra “Heydər Əliyev və dünya Azərbaycançılığı” adlı məruzə ilə çıxış edən Rustavi şəhər 18 saylı ictimai məktəbin Azərbaycan dili müəllimi Nurlana Məmmədova, Ulu Öndərin milli dünyagörüşümüzün formalaşmasındakı əvəzsiz rolunu vurğulayıb.

Şair, ictimai xadim Rafiq Hümmət və gənc ictimaiyyətçi-pedaqoq Savalan Osmanlı Ümummilli Lider Heydər Əliyevin Gürcüstanda yaşayan soydaşlarımızın taleyindəki mühüm rolu və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yolunda uzaqgörən siyasəti haqqında danışıblar.

Tədbirin sonunda Mərkəzin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndiriblər.

Mərkəzin üzvləri, şagirdlər və valideynləri Rustavi şəhərində yerləşən Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/rustavide-umummilli-lider-heyder-eliyevin-anadan-olmasinin-101-illiyi-qeyd-edilib-4679

 

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Yorum yapabilmek için giriş yapmalısınız.

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.