Ana Sayfa GÜNDEM 8 Haziran 2023

Rostov-na-Donu şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr edilmiş konfrans keçirilib

 

 

 

Rostov-na-Donu şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr edilmiş konfrans keçirilib
, 2023
Rostov-na-Donu şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinə həsr edilmiş konfrans keçirilib
Rusiyanın Rostov-na-Donu şəhərində 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə “Qafqazdakı ilk Azərbaycan Demokratik Respublikasının 105 illiyi” mövzusunda konfrans keçirilib.

 

 

 

 

Cənub Universitetinin (Biznes və Hüququn idarə edilməsi İnstitutu) və Rostov regional mədəni-maarifçilik ictimai təşkilatı “Birlik” Don Azərbaycanlılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan tədbir “Qələbələrin rəmzləri” beynəlxalq forumu çərçivəsində gerçəkləşdirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə yerli ictimaiyyətin, Azərbaycan icmasının nümayəndələri, universitetin müəllimləri və tələbələri iştirak ediblər. Qonaqlar arasında Cənub Universitetinin rektoru İmran Əkbərov, Rostov vilayətinin dövlət büdcəli peşə təhsili müəssisəsi “Taqanroq Mexaniki Kolleci”nin direktoru Rafael Məhərrəmov, “Birlik” Don Azərbaycanlılar İttifaqının həmtəsisçisi Rasim Əliyev, “İntexplast” MMC-nin baş direktoru Eldar İbrahimov və başqaları olub.

Konfrans iştirakçılarını salamlayan “Birlik” Don Azərbaycanlılar İttifaqının icraçı direktoru Yeganə Əhmədova 105 il öncə ölkəmizin tarixində baş vermiş mühüm hadisə ilə bağlı ətraflı məlumat verib. Ardınca müsəlman dünyasında ilk dünyəvi demokratik və parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinə dair müxtəlif təqdimatlar nümayiş etdirilib.

 

 

 

 

 

Milli geyimli azərbaycanlı uşaqların ifasında Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib.

Tədbirdə çıxış edənlər tarixi irsimizi əks etdirən bu cür tədbirlərin Rostov vilayətində yaşayan azərbaycanlı gənclər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/rostov-na-donu-seherinde-azerbaycan-xalq-cumhuriyyetinin-105-illiyine-hesr-edilmis-konfrans-kecirilib-3072

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Benzer Haberler