Ana Sayfa GÜNDEM 19 Mart 2023

Özbəkistandakı Azərbaycan diaspor təşkilatları arasında birgə əməkdaşlıq məsələsi müzakirə olunub

 

 

 

 

Özbəkistandakı Azərbaycan diaspor təşkilatları arasında birgə əməkdaşlıq məsələsi müzakirə olunub
, 2023
Özbəkistandakı Azərbaycan diaspor təşkilatları arasında birgə əməkdaşlıq məsələsi müzakirə olunub
Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və “Respublika Azərbaycan” Milli Mədəniyyət Mərkəzinin Sırdərya vilayəti üzrə təşkilatının əməkdaşları arasında görüş keçirilib.

Görüş zamanı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Respublika Azərbaycan” Milli Mədəniyyət Mərkəzinin Sırdəryadakı təşkilatının sədri Əzizağa Bayramov mədəniyyətimizin və incəsənətimizin Özbəkistanda tanıdılması, Sırdərya vilayətindəki diaspor təşkilatının fəaliyyəti, birgə əməkdaşlıq məsələləri və gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar.

“Heydər Əliyev ili” çərçivəsində təşkil ediləcək birgə tədbirlər, Sırdərya vilayətində Azərbaycan incəsənət ustalarının dostluq konsertinin keçirilməsi və sair məsələlər barədə razılıq əldə olunub.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/ozbekistandaki-azerbaycan-diaspor-teskilatlari-arasinda-birge-emekdasliq-meselesi-muzakire-olunub-2607

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.