Ana Sayfa SİYASET 30 Mart 2023

Özbəkistan Dövlət Televiziyası Heydər Əliyevə həsr olunmuş veriliş təqdim edib

 

 

 

Özbəkistan Dövlət Televiziyası Heydər Əliyevə həsr olunmuş veriliş təqdim edib
, 2023
Özbəkistan Dövlət Televiziyası Heydər Əliyevə həsr olunmuş veriliş təqdim edib

Özbəkistan Dövlət Televiziyasının “Mənbələr sözləşəndə” verilişinin növbəti buraxılışı müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə həsr olunub.

 

 

 

 

“Heydər Əliyev ili” çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Özbəkistan Dövlət Televiziyasının birgə layihəsi əsasında təqdim olunmuş verilişdə xalqımızın ulu öndərin həm sovet dövründə, həm də Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətimiz qarşısında və Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərində həyata keçirdiyi müstəsna xidmətlərindən söz açılıb. Onun Özbəkistana rəsmi səfərləri barədə ətraflı məlumat verilib, müstəqil Azərbaycan və Özbəkistan dövlətləri arasında ikitərəfli münasibətlərin və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafına töhfələri nəzərə çatdırılıb.

Dildora Hasanovanın aparıcılıq etdiyi verilişdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun və özbək jurnalisti, publisist Şuhrat Salomovun ulu öndərin misilsiz xidmətləri barədə fikirlərinə yer verilib.

 

 

 

 

 

Azərbaycanın böyük oğlu Heydər Əliyevin Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyi, qardaş ölkənin rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovla sıx dostluq əlaqələri saxladığı, hər üç şəxsiyyətin təşəbbüsü ilə keçirilən irimiqyaslı mədəniyyət tədbirlərinin iki xalq arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyi, sovet imperiyasında türk və müsəlman respublikalarına qarşı ədalətsiz təxribatlar həyata keçirilərkən Heydər Əliyevin daim öz xalqının, həm də qardaş türk xalqlarının maraqlarını qoruduğu, onun Özbəkistanla və türk dünyası ilə bağlı xidmətlərinin unudulmadığı, türk dövlətləri arasında birlik və həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı arzularının gerçəkləşdiyi xüsusilə vurğulanıb. Prezident İlham Əliyevin ümummilli liderimizin uğurlu siyasətini davam etdirdiyi və Özbəkistanla münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırdığı bildirilib.

Heydər Əliyevin adının Özbəkistanda əbədiləşdirildiyi, onun siyasi irsinin Özbəkistanda tanıdılması istiqamətində fəaliyyət göstərən və adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin iki xalq arasında əməkdaşlığın genişləndirilməsi və inkişafı istiqamətində həyata keçirdiyi layihələr barədə danışılıb.

Verilişin aparıcısı Dildora Hasanova Daşkənddəki Heydər Əliyev meydanında və Azərbaycan Mədəniyyət Mərkəzində ulu öndərin abidələrini və muzeyini ziyarət edərək, onunla bağlı xatirələri tamaşaçılarla bölüşüb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/ozbekistan-dovlet-televiziyasi-heyder-eliyeve-hesr-olunmus-verilis-teqdim-edib-2698

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Benzer Haberler