Ana Sayfa KÜLTÜR SANAT 1 Haziran 2024

Milan şəhərində 28 May –Müstəqillik Günü qeyd edilib

Milan şəhərində 28 May –Müstəqillik Günü qeyd edilib
, 2024
Milan şəhərində 28 May –Müstəqillik Günü qeyd edilib

 

 

İtaliyanın Milan şəhərində 28 May–Müstəqillik Günü münasibətilə soydaşlarımızın görüşü keçirilib. Milandakı Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Milan üzrə koordinatorları Fidan Abdullazadə və Elvin Babayev çıxışlarında xalqımızın şərəfli müstəqillik tarixindən və qədim dövlətçilik ənənəsindən bəhs ediblər. 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının həmin dövr üçün çox mütərəqqi nailiyyət olduğu bildirilib.

Soydaşlarımız görüşün Milandakı Azərbaycan icmasının təşkilatlanması baxımından bu kimi tədbirlərin vacibliyini qeyd edib, həyata keçiriləcək yeni planlar və layihələr, gələcək tədbirlər haqqında fikir mübadiləsi aparıblar.

Sonda həmvətənlərimiz azadlıq simvolumuz olan “Xarı bülbül” çiçəyini bir yerdə rəngləyib, “Gələcəyimizə birgə rəng qatmaq” devizi altında rəsm hazırlayıblar.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/milan-seherinde-28-may-musteqillik-gunu-qeyd-edilib-4767

 

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Yorum yapabilmek için giriş yapmalısınız.

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.