Ana Sayfa KÜLTÜR SANAT 31 Ağustos 2023

Londondakı “Qarabağ” məktəbinin müəlliminin mahnıları beynəlxalq festivalda II yeri tutub

 

 

 

 

Londondakı “Qarabağ” məktəbinin müəlliminin mahnıları beynəlxalq festivalda II yeri tutub
, 2023

 

 

 

Londondakı “Qarabağ” məktəbinin müəlliminin mahnıları beynəlxalq festivalda II yeri tutub

 

 

Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəailyyət göstərən “Karabakh School UK” onlayn məktəbinin musiqi müəllimi Səadət Fərziyeva yeni uğur əldə edib.

 

 

 

 

Soydaşımızın bəstələdiyi “Rəngarəng dünya” və Əlifba” mahnıları bu il Britaniyada keçirilən “Golden Time Talent” beynəlxalq festivalında II yerə layiq görülüb. Səadət Fərziyeva bu mahnıları uzun illər öncə uşaqlar üçün bəstələyib.

 

 

 

 

Qeyd edək ki, Səadət Fərziyeva həyat yoldaşı Rasim Fərziyevlə birlikdə “Karabakh School UK” məktəbində musiqi dərsini tədris edir. Bu dərslərdə Azərbaycan xalq və bəstəkar mahnıları, eləcə də Səadət Fərziyevanın bəstələdiyi əsərlər öyrədilir.

 

 

 

 

Xatırladaq ki, məktəb Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir. Azərbaycan dili, ədəbiyyatı, tarixi, musiqi və rəsm dərslərinin tədris edildiyi məktəbdə təhsil ödənişsizdir.

Mahnıları aşağıdakı linklərdən dinləmək mümkündür:

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/londondaki-qarabag-mektebinin-muelliminin-mahnilari-beynelxalq-festivalda-ii-yeri-tutub-3411

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.