Ana Sayfa SİYASET 11 Nisan 2023

Komitə əməkdaşları “Azəri Kalqari Ulduzları” rəqs qrupunun məşqini izləyib

 

 

 

Komitə əməkdaşları “Azəri Kalqari Ulduzları” rəqs qrupunun məşqini izləyib
10 aprel, 2023
Komitə əməkdaşları “Azəri Kalqari Ulduzları” rəqs qrupunun məşqini izləyib

Kanadaya səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin nəzdindəki “Azəri Kalqari Ulduzları” (“Azeri Calgary Stars”) rəqs qrupunun fəaliyyəti ilə yaxından tanış olublar.

 

 

 

Qonaqlara yaradıcı kollektivin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, müxtəlif yaş qruplarını əhatə edən azərbaycanlı uşaqlar milli rəqslərimizi böyük həvəs və maraqla öyrənirlər. Kalqaridə müxtəlif tədbir və festivallarda aktiv iştirak etməklə milli geyimli uşaqlarımız Azərbaycan mədəniyyəti və musiqisini Kanadada təbliğ edirlər. Belə fəaliyyətin həm zəngin mədəniyyətimizin təbliği, qorunub saxlanılması, həm də soydaşlarımızın bir araya gəlməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi baxmından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Görüşon sonunda yaradıcı kollektivin məşqi izlənilib və qrupun fəaliyyətinin dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/komite-emekdaslari-azeri-kalqari-ulduzlari-reqs-qrupunun-mesqini-izleyib-2759

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.