Ana Sayfa DÜNYA 27 Ocak 2023

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə mətbuat məlumatı

 

 

 

No:033/23, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum barədə mətbuat məlumatı

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

 

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

 

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

 

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

 

Allah şəhidimizə rəhmət eləsin!

 

Paylaş

 

kaynak:https://mfa.gov.az/az/news/no03323

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.

Benzer Haberler