Ana Sayfa SİYASET 25 Mart 2023

ABŞ-ın Texas ştatının Hyuston şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.

 

 

 

 

ABŞ-ın Texas ştatının Hyuston şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
, 2023
ABŞ-ın Texas ştatının Hyuston şəhərində Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçirilib.
Hyustonda təmtəraqlı Novruz şənliyi təşkil edilib

Hyustonda Azərbaycan Mərkəzinin və “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Hyustonda yaşayan Azərbaycan icmasının fəalları, eləcə də ştatın Dallas, Ostin, San Antonio və digər şəhərlərindən, habelə paytaxt Vaşinqtondan qonaqlar iştirak ediblər.

 

 

 

 

Tədbir iştirakçılarını salamlayan Azərbaycan Mərkəzinin və “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova bayram münasibətilə soydaşlarımızı təbrik edərək, xoş arzularını çatdırıb.

Tədbirin bədii hissəsini Bakıda böyüyüb boya-başa çatmış rəqqasə Darya Kravçenko Bahar qızı obrazında Azərbaycan milli rəqsi ilə açıb.

Rəngarəng konsert proqramını Azərbaycanın tanınmış müğənnisi Nazim Pişyari davam etdirib. Musiqili gecə Azərbaycan bayraqlarının dalğalandırılması fonunda “Azərbaycan” mahnısının coşğulu ifası ilə yekunlaşıb.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/abs-in-texas-statinin-hyuston-seherinde-novruz-bayramina-hesr-olunmus-tenteneli-tedbir-kecirilib-2650

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.