Ana Sayfa GÜNDEM 23 Şubat 2023

Yaponiyadakı diasporumuz Bakı və Tokio məktəbləri arasında əməkdaşlıq qurulmasına vasitəçilik edəcək

 

 

 

Yaponiyadakı diasporumuz Bakı və Tokio məktəbləri arasında əməkdaşlıq qurulmasına vasitəçilik edəcək
, 2023
Yaponiyadakı diasporumuz Bakı və Tokio məktəbləri arasında əməkdaşlıq qurulmasına vasitəçilik edəcək
Yaponiyadakı Azərbaycan diasporunun vasitəçiliyi ilə Bakıdakı Avropa Liseyi Tokio məktəbləri ilə əməkdaşlıq edəcək.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru Vüqar Ağayev bildirib ki, bu barədə razılıq Avropa liseyinin direktoru Zülfiyyə Veysova ilə görüş zamanı əldə olunub.

Görüş zamanı qonağa liseyin fəaliyyəti barədə ətraflı məlumat verilib, şagirdlərin dünya uşaqlarını bir araya gətirən, inkişafına müsbət təsir göstərən müxtəlif layihələrdə fəal şəkildə iştirakına, Yaponiya məktəbliləri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində də müəyyən işlər görüldüyünə diqqət cəlb edilib.

Diaspor təşkilatının nümayəndəsi liseylə Tokio məktəbləri arasında dostluq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağını, bu təşəbbüsün xalqlarımız arasında dostluq əlaqələrinin inkişafına mühüm təsir göstərəcəyini nəzərə çatdırıb.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/yaponiyadaki-diasporumuz-baki-ve-tokio-mektebleri-arasinda-emekdasliq-qurulmasina-vasitecilik-edecek-2427

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.