Ana Sayfa KÜLTÜR SANAT 3 Mart 2024

Nazir Ceyhun Bayramov və Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında görüşə dair mətbuat məlumatı

No:098/24, Nazir Ceyhun Bayramov və Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında görüşə dair mətbuat məlumatı

2 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb.

 

 

 

 

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no09824

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.