Ana Sayfa KÜLTÜR SANAT 7 Eylül 2023

Almatıdakı beynəlxalq etno-festivalda Azərbaycan uğurla təmsil olunub

 

 

 

Almatıdakı beynəlxalq etno-festivalda Azərbaycan uğurla təmsil olunub
, 2023

Almatıdakı beynəlxalq etno-festivalda Azərbaycan uğurla təmsil olunub

 

 

Qazaxıstanın Almatı şəhərində keçirilmiş türk xalqlarının beynəlxalq etno-festivalında Azərbaycan diasporu fəal iştirak edib.

 

 

 

“Boralday Saki Kurqanları” arxeoloji parkında baş tutan festivalda dünyanın 12 ölkəsi, o cümlədən Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Karakalpakıstan, Rusiya Federasiyasının Dağıstan, Çuvaş, Başqırdıstan Respublikaları təmsil olunub.

 

 

 

Azərbaycan pavilyonunda (yurta) xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr təqdim edilib.

Azərbaycandan dəvət edilmiş Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının muğam triosunun ifasında klassik musiqimiz səsləndirilib. Azərbaycan pavilyonunu ziyarət edən qazaxlar azərbaycanlı qonaqların ifasını alqışlarla qarşılayıblar.

 

 

 

 

 

Festival çərçivəsində türk xalqlarına məxsus döyüş oyunları, at yarışları, milli idman və xalq oyunları nümayiş etdirilib. Qeyd edək ki, iki gün ərzində festivalı 10 000-dən çox sakin ziyarət edib.

Qazaxıstanın kütləvi informasiya vasitələrində Azərbaycan diasporu fəallarının festivalla bağlı fikirlərinə geniş yer verilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almatidaki-beynelxalq-etno-festivalda-azerbaycan-ugurla-temsil-olunub-3431

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.