Ana Sayfa GÜNDEM 7 Kasım 2023

Almaniyada yaşayn boksçularımız öz qələbələrini Zəfər Gününə həsr ediblər

 

 

 

 

Almaniyada yaşayn boksçularımız öz qələbələrini Zəfər Gününə həsr ediblər
6 noyabr, 2023

 

 

 

 

Almaniyada yaşayn boksçularımız öz qələbələrini Zəfər Gününə həsr ediblər
Almaniyanın Şkopau şəhərində keçirilmiş boks üzrə beynəlxalq turnirdə azərbaycanlı idmançılar uğurla çıxış ediblər.

 

 

 

 

Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun da təşkilatçılarından biri olduğu yarışda müxtəlif ölkələri təmsil edən 100-dən çox idmançı iştirak edib.

 

 

 

Yarış zamanı “Odlar Yurdu” boks klubunun idmançıları 4 çəki dərəcəsində birinci yerə çıxıblar.

“Odlar Yurdu” klubunun prezidenti, boks üzrə dünya çempionu Azad Əzizov bildirib ki, boksçu soydaşlarımız öz qələbələrini xalqımıza böyük qürur və məgrurluq hissi aşılayan Zəfər Gününə həsr ediblər. O, idmançılarımızın bu mötəbər yarışda iştirak etməsi üçün göstərdikləri dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycanın Almaniyadakı səfirliyinə minnətdarlığını bildirib.

 

 

 

 

Qeyd edək ki, 2013-cü ildə Almaniyanın Maqdeburq şəhərində yaradılan “Odlar Yurdu” boks klubu ötən 10 il ərzində bir çox idmançımızın hazırlıq keçməsinə və beynəlxalq səviyyəli yarışlarda iştirak etməsinə öz töhfəsini verib. Hazırda klubun uşaq bölməsində təkcə azərbaycanlılar deyil, müxtəlif millətlərin nümayəndələri boksun sirlərinə yiyələnirlər.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/almaniyada-yasayn-bokscularimiz-oz-qelebelerini-zefer-gunune-hesr-edibler-3757

 

 

 

 

 

Yorumlar (Yorum Yapılmamış)

Bu yazı yorumlara kapatılmıştır.